“Neftçi”nin əvəzedici komandasına üç futbolçu transfer olunub.
İdman.Biz xəbər verir ki, bu barədə “Neftçi” Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.
Klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşmanın müddəti daha iki il artırıla bilər.
Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke 04” (Almaniya) klubunun U-19 komandası olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.
