“Düzünü desəm, ürək problemlərindən sonra demək olar ki, futbola baxmağı dayandırmışdım. Amma Yamalın "Barselona"da necə oynadığını görəndə matçlara yenidən baxmaq qərarına gəldim”.
İdman.Biz xəbər verir ki, bu sözləri Argentina millisinin sabiq hücumçusu Serxio Aquero “The Touchline” nəşrinə müsahibəsində deyib.
S.Aquero etiraf edib ki, özü Yamalın yaşında olarkən, bu futbolçunun meydanda etdiklərini yerinə yetirə bilməyib.
Qeyd edək ki, S.Aquero 2021-ci "Barselona"ya keçsə də, cəmi altı ay sonra səhhətində yaranan problemlər səbəbindən karyerasını başa vurmağa məcbur olub.
