PSJ-nin baş məşqçisi Luis Enrike oyunçularının yüksək nəticələr əldə etməsi üçün istirahətin vacibliyindən danışıb.
İdman.Biz xəbər verir ki, Fransa liqasında 21 oyundan sonra PSJ 51 xalla turnir cədvəlinə başçılıq edir.
“Birlikdə işləyə biləcəyiniz oyunçuların olması vacibdir, amma daha da vacibi təzyiq və stressi idarə etməkdir. İstirahət vacibdir; məşq sevincini qorumaq və etdiyiniz işdən zövq almaq üçün işdən ayrıla bilməlisiniz.
Hamı düşünür ki, futbolçular çox pul qazandıqları və idmançı olduqları üçün həyatdan zövq ala bilərlər. Amma bu, belə deyil. Daha vacib şeylər var və mənim fikrimcə, istirahət onlardan biridir”, - deyə RMC Sport Enrikedən sitat gətirib.
