Maykl Olise Bundesliqada yanvar ayının ən yaxşı oyunçusu seçilib

13 Fevral 2026 07:14
249
Maykl Olise Bundesliqada yanvar ayının ən yaxşı oyunçusu seçilib

“Bavariya”nın cinah oyunçusu Maykl Olise Bundesliqada yanvar ayının ən yaxşı oyunçusu seçilib.

İdman.Biz bu barədə Bundesliqanın rəsmi saytına istinadən bildirir.

Son bir ay ərzində fransız oyunçu liqada üç qol vurub və yeddi məhsuldar ötürmə edib. O, yanvar ayında keçirdiyi beş oyunun hər birində qol vurub. Olise daha əvvəl noyabr ayında Bundesliqanın ayın oyunçusu mükafatını qazanıb.

Bu mövsüm “Kristal Palas”ın keçmiş oyunçusu Münhen klubunda bütün yarışlarda 34 oyun keçirib, 13 qol və 22 məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun transfer dəyəri 130 milyon avrodur.

İdman.Biz