“Barselona”nın yarımmüdafiəçisi Frenki De Yonq İspaniya Kubokunun yarımfinalında “Atletiko Madrid”lə keçirilən ilk oyunda qeydə alınmayan qolla bağlı mövqeyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, niderlandlı futbolçu hakimlərin qərarını anlamaqda çətinlik çəkdiklərini bildirib.
O, yayımlanan açıqlamasında VAR sisteminin işləmədiyinin deyildiyini vurğulayıb və bunu qəribə, hətta qalmaqallı adlandırıb.
Xatırladaq ki, cavab qarşılaşması 3 martda Barselonada baş tutacaq. Digər yarımfinal cütündə “Real Sosyedad” səfərdə “Atletik Bilbao” üzərində minimal hesablı üstünlük əldə edib.
Turnirin son qalibi “Barselona”dır. Kataloniya klubu ötən mövsümün finalında Madrid təmsilçisini əlavə vaxtda 3:2 hesabı ilə məğlub etmişdi.
