Arteta niyə qələbənin alınmamasının səbəbindən danışdı

13 Fevral 2026 11:12
114
Arteta niyə qələbənin alınmamasının səbəbindən danışdı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 26-cı turunda “Brentford”la heç-heçəyə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis görüşün əvvəlində komandasına soyuqqanlılığın çatmadığını deyib.

Artetanın sözlərinə görə, ilk dəqiqələrdən sonra londonlular öz oyun üslubunu tapıb, daha çox rəqib meydanında çıxış etməyə və hücumlar qurmağa başlayıblar. İkinci hissədə isə təzyiq daha da artıb, lakin zərbələrdə dəqiqlik çatmayıb. O bildirib ki, qol vurulduqdan sonra oyun tam nəzarət altına keçmişdi.

Baş məşqçi vurğulayıb ki, belə rəqiblərə qarşı bir epizod da kifayət edir. Onun fikrincə, cərimə meydançasını maksimum diqqətlə qorumaq və topu uzaqlaşdırmaq lazımdır. Bir məqamda bunu bacarmadıqlarını və rəqibə haqq vermək gərəkdiyini qeyd edib.

Arteta əlavə edib ki, matçın sonunda həm rəqibin təhlükəli imkanı olub, həm də özləri əks-hücumlarda qələbəyə yaxınlaşıblar. Xüsusilə Qabriel Martinelli ilə epizodun oyunun taleyini həll edə biləcəyini söyləyib.

İdman.Biz