Ançelotti davam edir: Braziliya ilə yeni müqavilə

13 Fevral 2026 13:17
87
Ançelotti davam edir: Braziliya ilə yeni müqavilə

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti federasiya ilə yeni anlaşmaya yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Mənbəyə görə, italiyalı mütəxəssis dördillik müqaviləyə imza atacaq. Sənədlərin hələ rəsmi şəkildə tamamlanmadığı bildirilsə də, proses artıq formal xarakter daşıyır.

Ançelotti Braziliya yığmasına 2025-ci ilin mayından rəhbərlik edir. Onun rəhbərliyi altında komanda səkkiz oyun keçirib: dörd qələbə, iki heç-heçə və iki məğlubiyyət.

Təcrübəli çalışdırıcı daha əvvəl “Milan”, “Real Madrid”, “Yuventus”, PSJ, “Bavariya”, “Everton” və “Napoli”də işləyib.

İdman.Biz