“Qarabağ”ın ötən mövsüm UEFA Avropa Liqasından əldə etdiyi qazanc açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun illik maliyyə hesabatında öz əksini tapıb.
Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsində iştiraka görə ümumilikdə 7 milyon 858 min avro (15 milyon 845 min 657 AZN) gəlir əldə edib. Bunun 4 milyon 310 min avrosu (8 milyon 691 min 115 AZN) komandanın liqa mərhələsinə vəsiqə qazandığı üçün ödənilib. Kommersiya gəlirləri 3 milyon 15 min avro (6 milyon 80 min 350 AZN) təşkil edib. “Qarabağ” əsas mərhələdəki nəticələrinə görə 458 min (923 min 648 azn), yekun sıralamaya əsasən isə 75 min avro (151 min 252 AZN) alıb.
