UEFA-dan Azərbaycan futboluna böyük maliyyə dəstəyi

13 Fevral 2026 13:29
105
UEFA-dan Azərbaycan futboluna böyük maliyyə dəstəyi

UEFA 2024/2025-ci illər mövsümünün maliyyə hesabatını açıqlayıb.

İdman.Biz qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm AFFA-ya ümumilikdə 11 milyon 54 min avro (20 milyon AZN) vəsait ayırıb.

Bunun 2 milyon 980 min avrosu (5 milyon 390 min AZN) Azərbaycan yığmasına görə (illik həmrəylik ödənişi) milli assosiasiyanın hesabına köçürülüb.

Avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində isə 4 milyon 802 min avro (8 milyon 686 min AZN) vəsait ödənilib. Avropa Liqasında (1 milyon 37 min avro) (1 milyon 876 min AZN) və Konfrans Liqasında (2 milyon 185 min avro) (3 milyon 952 min AZN) mübarizəni dayandıran klublara görə ümumilikdə 3 milyon 222 min avro (6 milyon 497 min 807 AZN) vəsait ayrılıb.

Qadınlar arasında Çempionlar Liqasında iştirak etməyən klublar üçün həmrəylik ödənişi isə 50 min avro (90 min 440 AZN) təşkil edib.

Qeyd edək ki, həmrəylik ödənişləri avrokubokların ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürülür.

İdman.Biz
Məqalədə: