Raystan etiraf: “Bir xal bəlkə də sonda qızıl olacaq”

13 Fevral 2026 10:12
101
Raystan etiraf: “Bir xal bəlkə də sonda qızıl olacaq”

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasının 26-cı turunda “Brentford”la heç-heçə etdikləri matçı dəyərləndirib.

İdman.Biz xəbər verir ki, futbolçu görüşün asan keçəcəyini düşünmədiklərini bildirib.

Rays rəqibin keyfiyyətini xüsusi vurğulayıb və onların liqada yeddinci pillədə qərarlaşmasının təsadüfi olmadığını deyib. O qeyd edib ki, komanda rəqibin necə oynadığını bilirdi və buna uyğun hazırlaşmışdı.

Yarımmüdafiəçi əlavə edib ki, qazanılan bir xal mövsümün sonuna yaxın çox qiymətli ola bilər. Onun sözlərinə görə, əsas məsələ diqqəti öz üzərlərində saxlamaq, müsbət qalmaq və birlikdə irəliləməkdir. Rays komandanın mövsüm ərzində göstərdiyi səviyyənin çox yüksək olduğunu, bütün turnirlərdə cəmi üç dəfə uduzduqlarını xatırladıb.

Qeyd edək ki, 26 turdan sonra “Arsenal” 57 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz