“Barselona” İspaniya Kubokunun yarımfinalının ilk oyununda “Atletiko Madrid”ə 0:4 hesabı ilə məğlub olaraq 1989-cu ildən sonra ilk dəfə bu rəqibinə dörd top fərqi ilə uduzub.
İdman.Biz xəbər verir ki, daha ağır - 0:6 hesablı məğlubiyyət isə 1941-ci ildə məhz “Atletiko Madrid”ə (o dövrdəki adı ilə “Atletiko Aviacion”) qarşı qeydə alınıb.
Komandalar arasında cavab görüşü martın 3-də Barselonada keçiriləcək.
Xatırladaq ki, “Barselona” 2024/25 mövsümünün İspaniya Kubokunun qalibidir.
