Münhen təmsilçisinin futbolçusu Dayot Upamekano komandada qalacaq.
İdman.Biz xəbər verir ki, fransalı müdafiəçi “Bavariya” ilə yeni sözləşməyə imza atıb. Müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Klubun yaydığı rəsmi məlumata əsasən, tərəflər əməkdaşlıqdan məmnundur və Upamekanonun həm meydandakı çıxışı, həm də kollektivə təsiri yüksək qiymətləndirilir. Münhenlilər onun uzunmüddətli layihənin vacib hissəsi olduğunu vurğulayıblar.
