“Fənərbağça” Türkiyə Superliqasının yeddinci turunda səfərdə “Çaykur Rizəspor”a 3:0 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, qonaqların qollarını 12-ci dəqiqədə Marko Asensio, 84-cü dəqiqədə İrfan Can Kahveci və 87-ci dəqiqədə Oğuz Aydın vurublar.
Bu qələbə ilə xalların sayını 13-ə çatdıran “Fənərbağça” turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
Turnir cədvəlinə 16 xalla "Qalatasaray" liderlik edir.
21:30
“Trabzonspor” Türkiyə Superliqasının yeddinci turunda səfərdə “Samsunspor”u 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, hər üç qol oyunun birinci hissəsində vurulub.
Misirli futbolçu Məhəmməd Salah oyunda məhsuldar ötürmə ilə yadda qalıb.
Bu nəticə ilə xalların sayını 13-ə çatdıran Trabzon təmsilçisi turnir cədvəlində dördüncü pilləyə yüksəlib.
Turun digər qarşılaşmasında “Alanyaspor”la “Erzurumspor” qolsuz heç-heçə edib. Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə “Erzurumspor”un ehtiyat oyunçuları arasında yer alsa da, meydana buraxılmayıb.
16:54
Türkiyə Superliqasının yeddinci turunda “Gənclərbirliyi” və “Amedspor” komandaları arasında keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər oktyabrın 10-da Ankaranın “Eryaman” stadionunda baş tutan qarşılaşmada hesabı qonaqlar açıblar. 25-ci dəqiqədə Dia Saba “Amedspor”u önə keçirib.
54-cü dəqiqədə Rafael Luis tarazlığı bərpa etsə də, 68-ci dəqiqədə Samuel Balle qonaqları yenidən hesabda irəli çıxarıb.
Diyarbəkir təmsilçisi qələbəyə yaxın olsa da, matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Talisson Kelven fərqlənərək meydan sahiblərini məğlubiyyətdən xilas edib - 2:2.
Bu nəticədən sonra “Amedspor” 7 oyunda topladığı 14 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider “Qalatasaray”dan 2 xal geri qalır.
“Gənclərbirliyi” isə 8 xalla 11-ci yerdədir.
Beləliklə, “Amedspor” liderlə xal fərqini minimuma endirmək fürsətini əldən verib.
