“Kəpəz”in futbolçusu: “Qol vurmağı məhsuldar ötürmədən üstün tuturam” - VİDEO

10 Oktyabr 2026 15:55
94
“Kəpəz”in futbolçusu: “Qol vurmağı məhsuldar ötürmədən üstün tuturam” - VİDEO

“Adımı rəmzi komandada görmək zəhmətimin bəhrəsidir, amma mənim üçün əsas prioritet komandamın qələbə qazanmasıdır”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Kəpəz”in gənc və istedadlı futbolçusu Ömər Məmmədov klubun mətbuat xidmətinə müsahibəsində deyib.

İki həftə ərzində həm AFFA Gənclər Liqasında, həm də U-17 Liqasında “Turun rəmzi komandası”na seçilən gənc yarımmüdafiəçi uğurlarını şərh edərək, oyun üslubu və gələcək hədəfləri haqqında fikir bildirib. Futbolda qol vurmağı məhsuldar ötürmədən üstün tutduğunu deyən futbolçu statistika və karyera planlarından söz açıb:

“Futbolda həm qol vurmaq, həm də məhsuldar ötürmə etmək önəmlidir, lakin qol vurmağı açar ötürmə verməkdən daha üstün tuturam. Müasir futbolda rəqəmlər performansın qiymətləndirilməsi üçün çox vacibdir, lakin futbolçunun komandaya verdiyi faydanı yalnız rəqəmlərlə ifadə etmək mümkün deyil. 4-5 ildən sonra özümü daha təcrübəli oyunçu kimi görmək, böyük klublarda çıxış etmək və Azərbaycan milli komandasına dəvət almaq istəyirəm”.

İdman.Biz