“Mançester Yunayted” futbol klubu hazırda icarə əsasında Türkiyənin “Trabzonspor” klubunda çıxış edən kamerunlu qapıçı Andre Onana ilə yollarını ayırmaq qərarına gəldiyi bildirilir.
İdman.Biz xəbər verir ki, bu barədə “The Touchline” hesabı məlumat yayıb.
Mançester təmsilçisi 30 yaşlı afrikalı futbolçunun birdəfəlik transferi ilə bağlı türklərlə danışıqlar aparacaq. “Trabzonspor” isə Onananın çıxışından razıdır və onunla uzunmüddətli müqavilə imzalamağa hazırdır.
Qapıçının icarə müqaviləsi gələn ilin iyununun sonunadək qüvvədədir. Futbolçunun transfer dəyəri 8 milyon avro qiymətləndirilir.
Andre Onana bu mövsüm Türkiyə çempionatında altı oyunda meydana çıxıb və qapısında beş qol görüb.
