İngiltərənin “Brentford” klubunun hücumçusu İqor Tyaqo ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
İdman.Biz xəbər verir ki, bu barədə məlumatı London təmsilçisinin rəsmi saytı yayıb.
Klubun açıqlamasında bildirilir ki, 24 yaşlı futbolçu ilə bağlanan yeni razılaşma onun komandada qalma müddətini 2031-ci ilin yayına qədər uzadır. Müqavilədə əlavə olaraq daha bir il uzatma imkanı da nəzərdə tutulub.
Cari mövsümdə İngiltərə Premyer Liqasında Tyaqo 26 oyuna çıxaraq 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin İngiltərə Liqa Kubokunda bir matçda iştirak edib və 1 qol vurub.
Braziliyalı forvard 2024-cü ildən "Brentford"un formasını geyinir və qısa müddətdə komandanın əsas hücum gücünə çevrilib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 35 milyon avro qiymətləndirilir.
