“Nyukasl” Bakıya gələcək azarkeşlərinə xəbərdarlıq edib

11 Fevral 2026 16:48
101
“Nyukasl” Bakıya gələcək azarkeşlərinə xəbərdarlıq edib

İngiltərənin "Nyukasl" klubunun tərəfdarlarına "Qarabağ"la Çempionlar Liqası oyunu öncəsi mühüm səyahət məlumatı təqdim edilib.

İdman.Biz xəbər verir ki, klubun mətbuat xidməti Azərbaycana səfər edəcək azarkeşlərdən saat 19:00-da Şəhriyar parkında toplanması xahiş olunub. Və qonaq sektoruna girişin stadionun cənub hissəsində olduğu bildirilir.

"Nyukasl" azarkeşləri B qapısına yönləndiriləcək. Ərazidə tam bədən yoxlanışı aparılacaq, polis də yoxlama keçirə bilər. Stadion ətrafında və tribunalarda hərbi personalın olacağı bildirilir.

Azarkeşlərə xatırladılıb ki, stadiona aparılacaq bayraqların üzərində siyasi və ya mədəni baxımdan həssas hesab edilə biləcək yazılar olmamalıdır.

Qonaq azarkeşlər final fitindən sonra 30 dəqiqə stadionda saxlanılacaq və daha sonra polis müşayiəti ilə ərazidən çıxarılacaqlar.

Azarkeşlərə həmçinin 17 fevral axşamı Ramazan ayının başladığı xatırladılıb. Azarkeşlərdən yerli sakinlərə və xüsusilə Şəhidlər Xiyabanı kimi məkanlara hörmətlə yanaşmaq tələb olunur.

Klub həmçinin şəhərdə hərəkət edərkən ehtiyatlı olmağı, sənədləri üzərində saxlamağı tövsiyə edib.

İdman.Biz