İspaniyanın "Atletiko Madrid" komandasının yeni futbolçusu Ademola Lookman baş məşqçi Dieqo Simeone üçün böyük ümid sayılır. Yarımfinalda rəqib isə "Barselona"dır.
İdman.Biz xəbər verir ki, London əsilli Nigeriya millisinin üzvü sürəti, iki ayaqla driblinq bacarığı və qol duyumu ilə seçilir. Bu keyfiyyətlər Simeonenin daha ehtiyatlı və proqnozlaşdırılan oyun üslubuna tam zidd hesab olunur.
Maraqlıdır ki, futbolçu sol cinahda çıxış edir və bu zonada əsas rəqiblərdən biri Jul Kunde olacaq. Həmin xəttdə həm də gənc ulduz Lamin Yamalınn fəaliyyəti mühüm rol oynayır.
Digər tərəfdən, "Barselona"nın hücum gücü də kifayət qədər təhlükəlidir. Xüsusilə Yamal son matçlarda yüksək məhsuldarlıqla diqqət çəkir.
Qeyd olunur ki, Lookman daha əvvəl Almaniyada Dani Olmo ilə eyni komandada çıxış edib və yüksək səviyyəli rəqiblərə qarşı oynamaq təcrübəsinə malikdir.
Bununla yanaşı, futbolçunun mövsüm ərzində əvvəlki klubunda məhdud müddət alması onun fiziki hazırlığı ilə bağlı suallar yaradır. Buna baxmayaraq, o, kubokda son oyunda komandasının böyükhesablı qələbəsində əsas fiqurlardan biri olub.
Yarımfinalda Lookmanla Yamalın qarşıdurması yaxın günlərin ən maraqlı futbol duelərindən biri kimi təqdim olunur.
