Reşford “Atletiko” ilə oyunda komandasına kömək edə bilməyəcək

11 Fevral 2026 17:47
89
Reşford “Atletiko” ilə oyunda komandasına kömək edə bilməyəcək

İspaniyanın "Atletiko" klubu ilə qarşıdakı oyun öncəsi "Barselona"nın hücumçusu Markus Reşford komandasına kömək edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, klubun açıqlamasına əsasən, futbolçu "Malyorka" ilə matç zamanı aldığı zərbədən sonra sol dizində ağrı hiss edib. Bu səbəbdən o, heyətə daxil edilməyib.

Bildirilib ki, oyunçunun vəziyyəti ilə bağlı əlavə tibbi müayinələr aparılacaq. Komanda həkimləri yaxın günlərdə daha detallı məlumat verəcəklər.

İdman.Biz