“Qəbələ” heyətinə daha bir futbolçu daxil edib

11 Fevral 2026 16:41
81
“Qəbələ” heyətinə daha bir futbolçu daxil edib

“Qəbələ” transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

İdman.Biz xəbər verir ki, bu barədə ”Qəbələ” Futbol Klubu məlumat yayıb.

“Qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valansyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Sonuncu komandası “Valansyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

İdman.Biz