"Şəfa"ya qayıdıb-qayıtmayacağıma rəhbərlik qərar verəcək" - Elvin Nəsibovun İDMAN.BİZ-ə AÇIQLAMASI

11 Fevral 2026 16:32
88
"Şəfa"ya qayıdıb-qayıtmayacağıma rəhbərlik qərar verəcək" - Elvin Nəsibovun İDMAN.BİZ-ə AÇIQLAMASI

İkinci liqada çıxış edən “Xankəndi” klubunun hücumçusu Elvin Nəsibov komandanın şərəfini icarə əsasında qoruyur. Futbolçunun transfer hüquqları Birinci liqa təmsilçisi “Şəfa”ya məxsusdur.

Yeni komandasında demək olar ki, hər oyunda fərqlənən və yüksək məhsuldarlıq nümayiş etdirən futbolçunun məqsəd və gələcək planları ilə İdman.Biz maraqlanıb.

- “Xankəndi”yə keçiddən sonra əla forma göstərirsiniz. “Zəngəzur”a qarşı son yoxlama oyununda da het-trik etdiniz. İcarə müddəti başa çatdıqdan sonra planınız nədir - klubda qalacaqsınız, yoxsa “Şəfa”ya qayıdacaqsınız?

- İcarə şərtlərim şəffafdır və hər kəsə məlumdur. “Xankəndi”yə beş aylıq keçmişəm və hazırda bütün fikrim yalnız bir məqsədə yönəlib - komandaya Birinci liqaya yüksəlməkdə kömək etmək.

Eyni zamanda, “Şəfa”nın da bu mövsüm qarşısında azı bu qədər iddialı hədəfi var - Premyer Liqaya yüksəlmək. Klub bu nəticəyə yaxındır. Allahın köməyi ilə hər iki komanda istəyinə çatacaq. İcarə müddəti bitdikdən sonra taleyim isə "Şəfa" rəhbərliyinin qərarından asılı olacaq, - deyə Elvin Nəsibov bildirib.

İdman.Biz