UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Nyukasl” (İngiltərə) - “Qarabağ” matçını stadiondan izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışa çıxarılıb.
İdman.Biz xəbər ki, bu barədə Ağdam klubundan məlumat verilib.
Bildirilib ki, biletlərin qiyməti 115 AZN təşkil edir.
Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlərimiz üçün “ST James' Park”da 2466 yer ayrılıb. Xahiş və tələb olunur ki, e-mail ünvanınızı düzgün yazdığınızdan əmin olun - biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək. Qeyd edək ki, “Nyukasl” - “Qarabağ” oyunu fevralın 24-ü Bakı vaxtı ilə 23:59-da, yerli vaxtla isə (İngiltərə) saat 20:00-da start götürəcək.
12:50
Bu gün “Qarabağ”ın İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa azərbaycanlı azarkeşlər üçün biletlər satışa çıxarılacaq.
İdman.Biz xəbər ki, bu barədə Ağdam klubundan məlumat verilib.
Azarkeşlər saat 15:00-dan iTicket.az saytından biletləri əldə edə bilərlər.
Qeyd edək ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də saat 23:59-da (Bakı vaxtı ilə) İngiltərədə baş tutacaq.
