Taliskadan davam qərarı

9 Fevral 2026 00:35
98
Taliskadan davam qərarı

Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Anderson Taliska ilə yeni anlaşma əldə olunub.

İdman.Biz xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı oyunçu ilə müqaviləni iki il müddətinə uzadıb.

32 yaşlı futbolçu klub televiziyasına açıqlamasında xoşbəxt olduğunu bildirib:

“Acun Ilıcalı mənim bura gəlməyimdə çox önəmli fiqur idi, ona minnətdaram. Burada olduğum üçün çox xoşbəxtəm. Bu forma ilə mübarizə apararaq, qollar vuraraq komandama kömək etmək üçün səbirsizlənirəm. Azarkeşlərimizin sevgisinə böyük hörmətim var. Hər gün əlimdən gələnin ən yaxşısını onlar üçün edəcəyəm. Mənə güvənə bilərlər”.

İdman.Biz