Liqa 1: PSJ “Marsel”ə aman vermədi – YENİLƏNİB + VİDEO

9 Fevral 2026 01:52
223
Liqa 1: PSJ “Marsel”ə aman vermədi – YENİLƏNİB + VİDEO

PSJ Fransa Liqa 1-in 21-ci turunda doğma meydanda “Marsel” üzərində böyükhesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi rəqibini 5:0 hesabı ilə üstələyib.

Meydan sahiblərinin heyətində Usman Dembele 12 və 37-ci dəqiqədə fərqlənib. Digər qolları 66-cı dəqiqədə Xviça Kvaratsxeliya və 74-cü Li Kan İn vurublar. Bir top isə 64-cü dəqiqədə “Marsel” müdafiəçisi Fakundo Medinanın avtoqolundan gəlib.

Bu nəticədən sonra PSJ 21 matçdan 51 xal toplayaraq turnir cədvəlinin lideridir. “Marsel” isə 39 xalla dördüncü pillədə qərarlaşıb.

22:34

“Strasbur” Fransa Liqa 1-in 21-ci turunda səfərdə “Havr”a 1:2 hesabı ilə uduzub.

İdman.Biz xəbər verir ki, qonaqlar matçın böyük hissəsini azlıqda keçiriblər. 29-cu dəqiqədə İsmael Dukure birbaşa qırmızı vərəqə alıb.

Meydan sahiblərinə qələbəni Stefan Zaqadu (26) və İssa Sumarenin (54) qolları gətirib. “Strasbur”un heyətində isə Marsial Qodo 36-cı dəqiqədə fərqlənib.

Paralel görüşlərdə “Oser”lə “Paris” qolsuz heç-heçə edib.

“Anje” isə “Tuluza” üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu 89-cu dəqiqədə Lillian Raolisoa vurub.

Bu nəticələrdən sonra “Strasbur” 30 xalla turnir cədvəlində yeddinci pillədə qalıb. “Havr” isə xallarını 23-ə çatdıraraq 13-cü yerə yüksəlib. “Oser” 14 xalla 16-cı, “Paris” 22 xalla 15-ci, “Anje” 29 xalla doqquzuncu, “Tuluza” isə 30 xalla səkkizinci pillədə qərarlaşıb.

20:10

Liqa 1-in 21-ci turunda "Monako" səfərdə "Nitsa" ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

21 turdan sonra "Monako" 28 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Nitsa" isə 23 xalla 13-cü sıradadır.

Növbəti turda "Monako" öz meydanında "Nant"ı qəbul edəcək. "Nitsa" isə səfərdə "Lion"un qonağı olacaq.

İdman.Biz
Məqalədə: