Premyer Liqa: “Şəhərlilər” “Enfild”i susdurdu – YENİLƏNİB + VİDEO

8 Fevral 2026 22:41
129
Premyer Liqa: “Şəhərlilər” “Enfild”i susdurdu – YENİLƏNİB + VİDEO

“Liverpul” İngiltərə Premyer Liqasının 25-ci turunda öz meydanında “Mançester Siti” ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, “Enfild”də keçirilən oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

74-cü dəqiqədə Dominik Soboslai mersisaydlıları önə çıxarıb. Lakin 84-cü dəqiqədə Bernardo Silva tarazlığı bərpa edib. 90+3-cü dəqiqədə isə Erlinq Holand penalti zərbəsini dəqiq yerinə yetirərək “şəhərlilər”ə qələbə qazandırıb. Rayan Çerkinin 90+10-cu dəqiqədə vurduğu qol ləğv edilib.

Bu nəticədən sonra “Liverpul” 39 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Mançester Siti” isə 50 xalla ikinci sırada yer alır.

Növbəti turda “Liverpul” fevralın 11-də səfərdə “Sanderlend” ilə qarşılaşacaq. “Mançester Siti” isə həmin gün öz meydanında “Fulhem”i qəbul edəcək.

21:53

"Kristal Palas" İngiltərə Premyer Liqasının 25-ci turunda səfərdə "Brayton" üzərində 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, yeganə qolu 61-ci dəqiqədə qonaqların hücumçusu İsmaila Sarr vurub.

"Kristal Palas" (32 xal) bütün turnirlərdə 12 oyunluq qələbəsizlik seriyasına son qoyaraq turnir cədvəlində 13-cü yerə yüksəlib. Londonlular bundan əvvəl son qələbəni dekabrın 11-də Konfrans Liqasında "Şelburn"la oyunda qazanmışdılar.

"Brayton" (31 xal) isə qələbəsizlik seriyasını beş matça çatdırıb və turnir cədvəlində 14-cü pilləyə enib.

İdman.Biz