Bundesliqa: Keyn və Diasdan şou – YENİLƏNİB + VİDEO

8 Fevral 2026 22:52
141
Bundesliqa: Keyn və Diasdan şou – YENİLƏNİB + VİDEO

“Bavariya” Bundesliqanın 21-ci turunda doğma meydanda “Hoffenhaym” üzərində 5:1 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi üstünlüyünü erkən say üstünlüyü ilə daha da möhkəmləndirib. 17-ci dəqiqədə qonaqlardan Kevin Akpoquma qırmızı vərəqə alıb.

20-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. 35-ci dəqiqədə Andrey Kramariç tarazlığı bərpa edib. Lakin ilk hissənin sonlarında meydan sahibləri yenidən irəli çıxıblar. 45-ci dəqiqədə Keyn yenə penaltidən fərqlənib, 45+2-də isə Luis Dias adını tabloya yazdırıb.

62-ci dəqiqədə kolumbiyalı vinger ikinci qolunu vurub. 89-cu dəqiqədə isə Dias het-trikini rəsmiləşdirərək yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra “Bavariya” xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlinə başçılıq edir. “Hoffenhaym” isə 42 xalla üçüncü pillədə qərarlaşıb.

21:10

"Leypsiq" Almaniya çempionatının 21-ci turunda səfərdə "Köln"ü 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində iki qolu Kristof Baumqartner vurub. Meydan sahiblərindən Yan Tilman fərqlənib.

"Leypsiq" 39 xal toplayaraq Bundesliqanın turnir cədvəlində dördüncü yerə yüksəlib. "Köln" isə 23 xalla 10-cu pillədə qərarlaşıb.

İdman.Biz