AFFA İntizam Komitəsi üç klubu cərimələyib

6 Fevral 2026 15:04
49
AFFA İntizam Komitəsi üç klubu cərimələyib

AFFA İntizam Komitəsi üç klubu cərimələyib.

İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasının 18-ci turunda “Karvan-Yevlax” “Sumqayıt”la, “Kəpəz” isə “Şamaxı” ilə matçda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduqlarına görə hərəsi 1000 manat cərimə edilib.

Bundan başqa, oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğu və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığı üçün Gəncə təmsilçisi daha 5000 manat ziyana düşüb.

Həmçinin “Qarabağ”la qarşılaşmada “Turan Tovuz”da 6 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ödəyəcək.

İdman.Biz