“Şamaxı” Azərbaycan Kubokunda 60-cı qələbəsini qazanıb

6 Fevral 2026 16:28
71
“Şamaxı” Azərbaycan Kubokunda 60-cı qələbəsini qazanıb

“Şamaxı” ölkə kubokunda 60-cı qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib.

Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.

“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.

Qeyd edək ki, “Şamaxı” ilk qələbəsini 2001/2002 mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb - 3:1.

İdman.Biz