"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldunun bir neçə gündür davam edən tətili Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən kəskin etirazla qarşılanıb. Krallıq rəsmiləri portuqaliyalı hücumçunun mövqeyinə təəccübləndiklərini və onun üçün kifayət qədər imkan yaratdıqlarını bildiriblər.
İdman.Biz "Sky Sports"a istinadla xəbər verir ki, Ronaldunun narazılığına səbəb klubun idarəetmə forması və Kərim Benzemanın "Əl-Hilal"a transferidir. Təcrübəli oyunçu bu keçidə və klub daxilindəki qərarlara kəskin etiraz edərək məşqlərə çıxmaqdan imtina edir.
Səudiyyəli rəsmilər isə ulduz futbolçunun yenidən yaşıl meydanlara qayıtmasını tələb edirlər. Onlar hesab edirlər ki, Ronaldunun bu davranışı ölkə futboluna göstərilən dəstəyə və onun üçün yaradılan krallara layiq şəraitə qarşı hörmətsizlikdir.
