“Turan Tovuz” Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb

6 Fevral 2026 17:02
78
“Turan Tovuz” Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb

“Turan Tovuz” Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.

Tovuz təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci, kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir.

Qeyd edək ki, “Turan Tovuz” ilk qələbəsini 2015/2016 mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdə gerçəkləşən 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.

İdman.Biz