"Barselona"nın 18 yaşlı istedadı Lamin Yamal “Instagram” hesabındakı bütün paylaşımlarını silərək (və ya arxivləşdirərək) izləyicilərini təəccübləndirib.
İdman.Biz "Marca" nəşrinə istinadla xəbər verir ki, 40 milyondan çox izləyicisi olan futbolçunun bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Yamalın bu qərarı hər hansı kiberhücum və ya qalmaqalla bağlı deyil. Gənc futbolçu diqqətini tamamilə məşqlərə yönəltmək qərarına gəlib. O, virtual aləmdəki "səs-küy"dən uzaqlaşaraq psixoloji hazırlığını qorumağı hədəfləyir.

Qeyd edək ki, Lamin Yamal 2025-ci ildə sosial şəbəkələrdə ən sürətli böyüyən futbolçu olub. O, izləyici artımı tempinə görə Kriştianu Ronaldu və Lionel Messi kimi əfsanələri geridə qoyaraq 58 faizlik (təxminən 38.6 milyon yeni izləyici) artım nümayiş etdirib. Hazırda futbolçunun profil şəkli belə silinib və o, tam sükuta çəkilib.
