"Çelsi"nin gənc ulduzu Kol Palmerin bu mövsüm gözlənilən performansı göstərə bilməməsi müzakirələrə səbəb olub.
İdman.Biz "Stick to Football" podkastına istinadla xəbər verir ki, tanınmış ekspert Pol Mersonun fikrincə, Palmer yayda "Bayern "ə icarəyə verilən Nikolas Ceksonun boşluğunu ciddi şəkildə hiss edir.
Merson hücumçu Nikolas Ceksonun qaçışlarının Palmer üçün meydanda boş sahələr yaratdığını bildirib:
"Palmer Cekson üçün darıxır. Onlar bir-birini tamamlayırdılar. İnsanlar Ceksonu qol şanslarını boşa verdiyi üçün tənqid etsələr də, o, həmişə irəli qaçışlar edirdi. İndi isə Palmer topu ayağına alanda qarşısında hərəkət edən oyunçu görmür. Joao Pedro topa tərəf gəldiyi üçün Palmerin yaradıcılığı məhdudlaşır".
Digər tərəfdən, peşəkar dodaq oxuma mütəxəssisi Nikola Hiklinq Palmerin "Arsenal"la oyundan sonra Noni Madueke ilə maraqlı söhbətini aşkar edib. İddiaya görə, Madueke Palmeri yayda keçiriləcək Dünya Çempionatına yollanacaq İngiltərə millisinin heyətinə düşmək üçün daha çox oynamağa və özünə güvənməyə səsləyib.
"Çelsi"nin baş məşqçisi Liam Rosenior isə zədədən yeni qayıdan 23 yaşlı futbolçunun dəqiqələrini ehtiyatla idarə etdiklərini və onun karyerasının gələcəyini düşündüklərini vurğulayıb.
