Ramos əsrin ən yaxşısı seçildi

6 Fevral 2026 10:35
96
Ramos əsrin ən yaxşısı seçildi

Fransanın nüfuzlu "Canal+" telekanalı XXI əsrin ilk rübünün ən yaxşı futbolçularını müəyyənləşdirmək üçün genişmiqyaslı sorğu keçirib. Jurnalistlər və keçmiş futbolçular arasında aparılan səsvermə nəticəsində müxtəlif mövqelər üzrə ən güclü oyunçuların adları bəlli olub.

İdman.Biz xəbər verir ki, müdafiəçilərin reytinqinə "Real"ın əfsanəvi kapitanı Serxio Ramos başçılıq edir. Siyahıda Paolo Maldini ikinci, Roberto Karlos isə üçüncü pillədə qərarlaşıb.

Müdafiə xəttinin "Top-15"liyi:

1. Serxio Ramos

2. Paolo Maldini

3. Roberto Karlos

4. Fabio Kannavaro

5. Karles Puyol

6. Kafu

7. Alessandro Nesta

8. Dani Alves

9. Lilian Türam

10. Rio Ferdinand

11. Marselo

12. Filipp Lam

13. Tiaqo Silva

14. Rafael Varan

15. Əşrəf Hakimi

Kanal həmçinin digər mövqelər üzrə də 21-ci əsrin ən yaxşılarını elan edib. Hücumçular arasında Lionel Messi bütün rəqiblərini qabaqlayaraq birinci olub. Kriştiano Ronaldo ikinci, Tyerri Anri beşinci, Kilian Mbappe isə yeddinci yerdədir.

Yarımmüdafiəçilərin siyahısına fransalı əfsanə Zinəddin Zidan rəhbərlik edir. Xavi üçüncü, Andrea Pirlo beşinci, Stiven Cerrard isə səkkizinci pillədədir. Qapıçılar arasında isə Manuel Noyer ən yaxşı seçilib. Canluici Buffon ikinci, Tibo Kurtua üçüncü, İker Kasilyas dördüncü, Petr Çex altıncı, Edvin van der Sar yeddinci, Fabien Bartez isə səkkizinci sırada yer alıb.

Qeyd edək ki, "Canal+" 100 nəfərdən ibarət ümumi siyahını bazar günü ictimaiyyətə təqdim edəcək.

İdman.Biz