“Barselona”nın və Braziliya millisinin keçmiş oyunçusu Covanni Silva “Real Madrid”in hücumçusu Vinisius Junior haqqında danışıb.
İdman.Biz bildirir ki, bu mövsüm Vinisius klubun heyətində bütün yarışlarda 33 oyuna çıxıb, səkkiz qol vurub və 10 məhsuldar ötürmə edib.
“O, orta səviyyəli oyunçudur. “Real Madrid”də o, fərqli səviyyədə əhəmiyyət kəsb edir. O, məhdud idmançıdır. Əsasən driblinq və sürət ilə oynayır. Vəssalam. Əgər ona qarşı güclü, sürətli bir oyunçu qoysanız, düşünmürəm ki, bu barədə heç nə edə bilsin. Bəli, o, bəzi vəziyyətlərdə üstün gələcək, amma o, matçların nəticəsini təyin edən oyunçu deyil”, - Covanni bildirib.
