“Neftçi” - “Qarabağ” matçı təxirə salınır? - PFL-dən İDMAN.BİZ-ə AÇIQLAMA + VİDEO

6 Fevral 2026 10:47
173
“Neftçi” - “Qarabağ” matçı təxirə salınır? - PFL-dən İDMAN.BİZ-ə AÇIQLAMA + VİDEO

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” matçının təxirə salına biləcəyi ilə bağlı iddialar yayılıb.

Məsələ ilə əlaqədar Peşəkar Futbol Liqasından (PFL) İdman.Biz-ə bildirilib ki, hazırda bununla bağlı dəqiq qərar yoxdur.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la səfər matçına daha yaxşı hazırlaşmaq üçün “Neftçi” ilə oyunun təxirə salınmasını istəyib və bu məqsədlə PFL-ə müraciət edib. PFL də öz növbəsində razılıq almaq üçün “Neftçi”yə müraciət etsə də, Bakı klubu Ağdam təmsilçisinin təklifini qəbul etməyib. Sözügedən məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman.Biz