Ehtiram Quliyev: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”

3 Aprel 2026 21:01
140
Ehtiram Quliyev: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Zirə”yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, matçın baş hakim Əliyar Ağayevi sərt tənqid edib:

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaqüstə içsinlər, haqqımızı içməsinlər. Bir il ərzindəki əziyyətimiz bir gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusən Əliyarın “Turan”ın oyununa təyinatından sonra beelə şeyləri gözləyirdik. Çempionatdakı oyundan sonra “insanam, səhv etmişəm” mesajı bizə göndərildi. Haramı olsun. Haqqımız, uşaqların alın təri xüsusən Əliyarın haramı olsun. Bunları demək istəyirəm.

Rəqibin qələbəsinə kölgə salmıram. Amma futbolda bəzi şeylər dəyişməlidir. Belə şeylər dilə gətirilməlidir. Biz dilə gətirməyəndə, səssiz qalanda Əliyargillər belə oyunlar idarə edəcəklər, futbolumuzu bu günə qoyacaqlar. Yatırım etməyin, əziyyət çəkməyin, transferlərin də də anlamı yoxdur. Epizodları hamımız gördük. Əliyargildən canımız qurtalmalıdır. “Turan Tovuz” azarkeşləri səssiz qalmasınlar. Belə olmaz. Əziyyət boşuna gedir”.

Qeyd edək ki, Əliyar Ağayev FİFA referisidir və mütəmadi olaraq avrokubok oyunlarına təyinat alır.

İdman.Biz