“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib

11 İyun 2026 17:44
87
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib

“Şamaxı” heyətini Sənan Muradlı ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Şamaxı” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, Şamaxı təmsilçisi futbolçunu “Sumqayıt”dan icarəyə götürüb.

20 yaşlı müdafiəçi ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

İdman.Biz