Birinci Liqa klubu qapıçısı ilə müqaviləni yeniləyib

11 İyun 2026 20:20
97
Birinci Liqa klubu qapıçısı ilə müqaviləni yeniləyib

Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz kluba istinadən bildirir ki, komanda qapıçı Müşviq Nadirovla yeni müqavilə imzalayıb. Nadirov növbəti mövsümü “Şahdağ Qusar”da keçirəcək.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan 24 yaşlı Nadirov əvvəllər “Qəbələ” və “Kəpəz” klublarında çıxış edib.

İdman.Biz