“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib - FOTO

11 İyun 2026 17:56
108
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib - FOTO

“Qarabağ” klubunun İdarə Heyətinin iclası keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, iclasda klub prezidenti Tahir Gözəl, baş direktor və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Toplantı zamanı klubun gələcək fəaliyyəti, idman nəticələri və təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəhbər heyət tərəfindən görülən işlərlə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və yeni mövsüm üçün nəzərdə tutulan planlar müzakirə olunub.

Görüş zamanı UEFA Çempionlar Liqasının cari mövsümündə istifadə olunan və komandanın futbolçuları tərəfindən imzalanmış rəsmi top klub prezidenti Tahir Gözələ təqdim edilib.

Sonda klubun qarşıdakı dövr üçün prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın beynəlxalq arenadakı rəqabət qabiliyyətinin artırılması, infrastruktur layihələrinin davam etdirilməsi və “Qarabağ”ın dayanıqlı inkişaf modelinin daha da gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

İdman.Biz