“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi daha yaxşı hazır olacağıq”

26 İyul 2026 16:45
110
“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi daha yaxşı hazır olacağıq”

“Şəfa” futbol komandasının baş məşqçisi Zaur Həşimov “Qəbələ” ilə keçirilən yoxlama görüşünü şərh edib.

İdman.Biz xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib.

“Qəbələ” ilə matç ikinci yoxlama oyunumuz idi. Ümumilikdə oyun yaxşı alındı. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar.

Meydanda olan bir neçə futbolçumuz bizimlə birlikdə cəmi dörd-beş məşqdə iştirak edib. Heyətimizi komplektləşdirməyə çalışırıq. Yeni qurulan komandayıq və futbolçuların meydanda bir-birini daha yaxşı tanıması üçün zaman lazımdır. Başa düşürük ki, vaxtımız çox azdır. Lakin çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq”.

Qeyd edək ki, “Şəfa” ilk yoxlama oyununda “İmişli” ilə 2:2 hesablı heç-heçə edib. Komanda növbəti sınaq matçını 31 iyulda “Araz-Naxçıvan”a qarşı keçirəcək.

İdman.Biz