“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb

11 İyun 2026 11:13
128
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb

“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Zirə” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, Bakı təmsilçisi Eren Aydınla üç, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla iki illik yeni müqavilə imzalayıb.

Həmçinin 2025/2026 mövsümünün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun anlaşmasındakı bir illik yeni müqavilə bəndi qüvvəyə minib.

İdman.Biz