Azərbaycan Kubokunda “Qarabağ”la “Sabah” arasında yarımfinal oyunununu stadionda 21 min tamaşaçı izləyib.
İdman.Biz bu barədə Peşəkar Futbol Liqasına istinadən məlumat verir.
Məlumata əsasən, bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün son 10 mövsümün rekordudur.
Matç 2:2 hesabı ilə başa çatıb.
