Saşa Boe yenidən "Qalatasaray"da: "Bayer" ilə anlaşdı

5 Fevral 2026 16:52
56
Saşa Boe yenidən "Qalatasaray"da: "Bayer" ilə anlaşdı

Türkiyənin "Qalatasaray" klubu transfer dövrünün bağlanmasına bir neçə saat qalmış azarkeşlərini sevindirəcək addım atıb. İstanbul təmsilçisi keçmiş futbolçusu, hazırda "Bayer"in formasını geyinən Saşa Boeni yenidən heyətinə qatmaq üçün Almaniya nəhəngi ilə razılıq əldə edib.

İdman.Biz xəbər verir ki, "Qalatasaray" rəhbərliyi fransalı sağ cinah müdafiəçisinin satın alma hüququ ilə icarəyə götürülməsi barədə Münhen təmsilçisi ilə rəsmi razılığa gəlib. Artıq tərəflər arasında bütün detalların dəqiqləşdirildiyi və prosesin yalnız rəsmi imzalara qaldığı bildirilir. Məlumata görə, 25 yaşlı futbolçunun bu gün İstanbula gəlişi planlaşdırılır.

"Bayer" ilə 2028-ci ilə qədər müqaviləsi olan Saşa Boe, bu mövsüm Almaniya klubunda 15 rəsmi matçda meydana çıxıb və 1bir məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 630 dəqiqə meydanda olan müdafiəçinin hazırkı bazar dəyəri 15 milyon avro (təxminən 30 milyon AZN) qiymətləndirilir.

Xatırladaq ki, Saşa Boe 2021-2024-cü illər ərzində "Qalatasaray"ın forması geyinib.

İdman.Biz