“Neqreyra işi”ndə yenilik: Xose Mariya Enrikes yeni məhkəmə-tibbi ekspertizası keçirilməsini istəyib

5 Fevral 2026 18:34
86
“Neqreyra işi”ndə yenilik: Xose Mariya Enrikes yeni məhkəmə-tibbi ekspertizası keçirilməsini istəyib

İspaniya Futbol Federasiyasında Texniki Hakim Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra məhkəmədən psixi vəziyyətinin yenidən qiymətləndirilməsi üçün yeni məhkəmə-tibbi ekspertiza keçirilməsini istəyib.

İdman.Biz xəbər verir ki, müdafiə tərəfi onun koqnitiv pozuntularının 2023-cü ildə aparılan əvvəlki ekspertizadan sonra daha da ağırlaşdığını və cinayət prosesində özünü müdafiə etməsinə mane olduğunu bildirir.

Məlumat üçün əlavə edək ki, 2023-cü ildə “Barselona” rəhbərliyi İspaniya Futbol Federasiyasında Texniki Hakim Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra ilə rüşvət ödənişləri üzrə ittiham olunmuşdu.

Məhkəmə 2001-2018-ci illər arasında Neqreyraya bir neçə milyon avro ödəniş edilməsini cinayət hesab edib. Öz növbəsində “Barselona” prezidenti Joan Laporta “Neqreyra işi” ilə bağlı aşıqlama verərək bunu klubu nüfuzdan salmaq kampaniyası adlandırıb.

İdman.Biz