Boatenq: “Barselona”da oynamaq üçün yalan danışdım”

5 Fevral 2026 17:46
56
Boatenq: “Barselona”da oynamaq üçün yalan danışdım”

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Kevin-Prins Boatenq futbol dünyasında səs-küyə səbəb olan etiraflar edib.

İdman.Biz “Transfer News” nəşrinə istinadla xəbər verir ki, 2019-cu ildə “Barsa” formasını geyinmiş qanalı futbolçu əslində həmişə Madrid “Real”ına azarkeşlik etdiyini və Kriştiano Ronaldonu dünyanın ən yaxşısı hesab etdiyini söyləyib.

Boatenq “Barselona”ya transfer olunmaq və orada forma şansı qazanmaq üçün mətbuat konfranslarında yalan danışmağa məcbur qaldığını, əks halda, orada oynamağın qeyri-mümkün olduğunu vurğulayıb.

İdman.Biz