Azərbaycan Kuboku: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib - YENİLƏNİB

5 Fevral 2026 21:04
262
Azərbaycan Kuboku: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib

Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdman.Biz bildirir ki, günün növbəti oyununda “Turan Tovuz” və “Kəpəz” komandaları qarşı-qarşıya gəlib.

Matç 1:0 hesabı ilə Tovuz klubunun xeyrinə qurtarıb. Yeganə qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.

09:36

Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Günün növbəti oyununda isə “Turan Tovuz” və “Kəpəz” komandaları qarşı-qarşıya gələcək. “Azersun Arena”da saat 19:00-da baş tutacaq görüşü Əli Əliyev idarə edəcək.

Bizon Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
5 fevral
19:00. “Turan Tovuz” - “Kəpəz”

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Azərsun Arena”

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.

İdman.Biz