Azərbaycan Kuboku: “Şamaxı” “Qarabağ” ilə üz-üzə

5 Fevral 2026 09:24
98
Azərbaycan Kuboku: “Şamaxı” “Qarabağ” ilə üz-üzə

Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, günün ilk matçında “Şamaxı” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Baş hakim Kamranbəy Rəhimovun idarə edəcəyi görüş saat 14:30-da start götürəcək.

Bizon Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
5 fevral

14:30. “Şamaxı” - “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.

İdman.Biz
Məqalədə: