“Real”da mövsümü alt-üst etməli olan transfer hazırlanır

1 Fevral 2026 09:45
111
“Real”da mövsümü alt-üst etməli olan transfer hazırlanır

Madridin “Real” klubunda yay transfer pəncərəsində heyətin ciddi şəkildə gücləndirilməsi üzərində düşünülür. İspaniya nəhənginin rəhbərliyi cari mövsümdə buraxılan səhvləri etiraf edib və komandanın bunun əvəzini nəticələrlə ödədiyini qəbul edir. Bu səbəbdən qarşıdakı yay “kral klubu”nun heyətində nəzərəçarpacaq dəyişikliklər baş verə bilər.

İdman.Biz “Diario AS”ə istinadən xəbər verir ki, “Real” PSJ-nin yarımmüdafiəçisi Vitinyanı əsas transfer hədəfi kimi müəyyənləşdirib. Klubda hesab edirlər ki, 25 yaşlı portuqaliyalının gəlişi mövcud vəziyyəti dəyişə və komandaya hazırda çatışmayan keyfiyyətləri qazandıra bilər.

Məlumata görə, mümkün transferin qarşısındakı əsas maneə Paris təmsilçisinin orta xəttin əsas oyunçularından biri ilə yollarını ayırmaq istəməməsidir. Razılaşmanın baş tutması üçün Vitinyanın keçidə şəxsən özü israr etməsi ehtimal olunur.

İdman.Biz
Məqalədə: