“İnter Mayami” futbol klubunun argentinalı ulduz hücumçusu Lionel Messi komandanın yeni stadionu ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, L.Messinin açıqlamasını klubun mətbuat xidməti dərc edib.
“Bu, inanılmaz mənzərədir. Yeni stadion çox möhtəşəm görünür. Komanda bu qədər qısa müddətdə öz arenasına sahib oldu. Bu anı klubla birlikdə yaşadığım üçün çox şadam. Tezliklə hamının bundan zövq alacağı gün gələcək”, — deyə argentinalı futbolçunun sözlərini klubun mətbuat xidməti yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, futbol arenasının tribunalarından birinə 38 yaşlı hücumçunun adı veriləcək.
Qeyd edək ki, Messi 2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunub.
