İtaliya A Seriyası: “İnter” və “Milan” çətin səfər oyununa çıxacaq - İDMAN.BİZ-in İCMALI

31 Yanvar 2026 16:43
116
İtaliya A Seriyası: “İnter” və “Milan” çətin səfər oyununa çıxacaq - İDMAN.BİZ-in  İCMALI

İtaliya A Seriyasında 23-cü tur start götürüb. Turun ilk oyununda “Latsio” “Cenoa” üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.

İdman.Biz-in məlumatına görə, liderliyi “İnter” qoruyur, lakin ən yaxın izləyicilər çox yaxındır. Üstəlik, bir sıra komandalar üçün bu günlərdə avrokubok təqvimi də daxili çempionatla üst-üstə düşür ki, bu da heyət seçimində və fiziki durum baxımından əlavə nüanslar yaradır.

“Kremoneze” - “İnter” (1 fevral)

Turnir cədvəli baxımından vəziyyət kifayət qədər aydındır. “İnter” 22 turdan sonra 52 xalla birinci pillədədir, “Kremoneze” isə 23 xalla 14-cü yerdə qərarlaşıb. Milan təmsilçisinin ən yaxın izləyicisi ilə fərqi beş xaldır və tur ərəfəsində ümumi mənzərə məhz bu cür formalaşır.

Kristian Kivunun komandası üçün həftənin psixoloji fonu da önəmlidir. Çempionlar Liqasında “İnter” ilk səkkizliyə düşməyə çox yaxın olsa da, sonda bu hədəfə çata bilməyib və indi pley-off mərhələsindən keçməli olacaq. Bu fonda “Kremoneze” ilə bazar günü oyunu ritmi qorumaq baxımından tipik qarşılaşma təsiri bağışlayır: konsentrasiyanı itirmədən, lazımsız risklərə getmədən və fevralda təqvimin daha da sıxlaşacağını nəzərə alaraq.

“Bolonya” - “Milan” (3 fevral)

“Мilan” 47 xalla ikinci yerdədir, “Bolonya” isə 30 xalla doqquzuncu pillədə qərarlaşıb. Burada mühüm məqamlardan biri də odur ki, “Milan” bu mövsüm avrokuboklarda iştirak etmir və bu səbəbdən səfər oyunlarına hazırlıq daha rahat, birhəftəlik dövr ərzində qurulur.

“Bolonya”da isə paralel olaraq Avropa xətti davam edir. Komanda həftəsonu Avropa Liqasında 3:0 hesablı böyük qələbə qazansa da, bu nəticə pley-off mərhələsindən yan keçmək üçün kifayət etməyib. Bu səbəbdən fevral ayı ev sahibləri üçün də kifayət qədər gərgin keçəcək.

Qonaqların oyundan öncəki əsas vurğuları arasında Massimiliano Alleqrinin fikirləri diqqət çəkir. Təcrübəli mütəxəssis komandanın konsentrasiyanı yüksək səviyyədə saxlamasının vacibliyini və təqvimi olduğu kimi qəbul etməyin önəmini qeyd edib. Nizam-intizam baxımından “Milan”ın heyətində diskvalifikasiya problemi yoxdur, lakin Yussuf Fofana sarı vərəqə limiti təhlükəsi altında olan futbolçular siyahısındadır.

A Seriyasının 23-cü turunun digər oyunları:

30 yanvar

“Latsio” – “Cenoa” 3:2

31 yanvar

“Piza” – “Sassuolo”

“Napoli” – “Fiorentina”

“Kalyari” – “Verona”

1 fevral

“Torino” – “Leççe”

“Komo” – “Atalanta”

“Parma” – “Yuventus”

2 fevral

“Udineze” – “Roma”

23-cü turun startı ərəfəsində A Seriyasının turnir cədvəli:

“İnter” – 52

“Milan” – 47

“Roma” – 43

“Napoli” – 43

“Yuventus” – 42

“Komo” – 40

“Atalanta” – 35

“Latsio” – 32

“Bolonya” – 30

“Udineze” – 29

“Sassuolo” – 26

“Kalyari” – 25

“Cenoa” – 23

“Kremoneze” – 23

“Parma” – 23

“Torino” – 23

“Leççe” – 18

“Fiorentina” – 17

“Verona” – 14

“Piza” – 14

İdman.Biz
Məqalədə: